"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Tərlan ismayılov: “ötən illə müqayisədə 131 faiz vergi yığımında artım olub”

--2016-07-12 / 15:17

Nəsimi Bələdiyyəsi Vergi xidmətinin rəisi Tərlan ismayılovun Belediyye.infoya verdiyi məlumata görə, bələdiyyənin vergi xidməti  növbəti toplantısında  xidmətin altıaylıq fəaliyyəti müzakirəyə çıxarılıb.

iclasda mövzu ətrfaında çıxış edən  xidmət rəisi Tərlan ismayılov xidmətin fəaliyyətində irəliləyiş olduğunu qeyd edərək ötən illə müqayisədə  131% vergi yığımında artımın olduğunu bildirib: “Bu rəqəm fəaliyyətimizin düzgün istiqamətdə qurulduğundan xəbər verir. Fikrimcə, tədiyyə bildirişlərinin  sakinlərə vaxtında çatdırılması və maarifləndirləməsinə önəm verilməsi də ümumi işimizə xeyr verib.”

Xidmət rəsisinin sözlərinə görə, yeni tikililərin vergiyə çəlb edilməsində hələki problemlər var. Bu problemlərin aradan qaldırılması üçün ciddi addımların atılması zəruridir.

iclasda hər bir vergi müfəttişinin fəaliyyəti  təhlil edilərək qiymətləndirlib.

Belediyye.info

ŞƏRHLƏR